Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi

Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu güllələdiyi 1979-cu il təvəllüdlü Sərvər Quliyevin qardaşı ilə həmin gün bir məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun "20 Yanvar” stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb.

Araşdırmalar davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az