Azərbaycanda yeni "iPhone"ların satış qiyməti məlum oldu - QİYMƏTLƏR

Azərbaycanda yeni
"Apple" şirkətinin istehsal etdiyi yeni "iPhone" modellərinin Azərbaycanda satışına başlanılıb. 

Miq.az-ın baku.ws
-ə istinadən məlumatına görə, sentyabrın 17-də təqdim edilən yeni "iPhone Xs" və "iPhone X Max" modellərinin qiyməti də məlum olub. 

"World Telecom" mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən yeni "iPhone"lar 2799 manatdan başlayır. Ən bahalı modelin (iPhone XS Max) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni "iPhone"nun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır. Böyük yaddaşa sahib olan telefonların qiymətinin nisbətən daha baha olacağı ehtimal edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az