Azərbaycandakı alkoqoliklərin sayı və hansı yaşlarda olduğu açıqlandı - RƏSMİ

Azərbaycandakı alkoqoliklərin sayı və hansı yaşlarda olduğu açıqlandı - RƏSMİ
Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, müalicə - profilaktika müəssisələrində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı  21364 nəfərdir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

R.Süleymanov bildirib ki, qeydiyyatda olan xəstələr daha çox 60 və yuxarı yaş qrupundan olanlardır:

"Belə ki, ümumilikdə 1268 nəfər 15-29 yaş arası, 3403 nəfər 30-39 yaş arası, 5910 nəfər 40-49 yaş arası, 6782 nəfər 50-59 yaş arası, 4001 nəfər isə 60 və yuxarı yaşda olan xəstələrdir”.
 
DSK rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 618 nəfər təşkil edib:
"Səhiyyə statistikasına dair məlumatlar illik dövrülüklə ildə bir dəfə əldə olunur və 2018-ci ilin yekun nəticələri üzrə məlumatlar 2019-cu ilin may ayında hazır olacaq”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az