Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaq təklifi ilə bağlı Azərbaycandan açıqlama gözləyir.
Miq.Az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Soruşsanız ki, niyə demarkasiya və delimitasiya ilə bağlı təkliflər Azərbaycan üçün qəbuledilməzdir - hələ dəqiq bilmirik, təkliflər dəqiqləşmə mərhələsindədir. Müzakirələr davam edir, hansı hissənin onlar üçün qəbuledilməz olduğu və hansı əsaslarla və hansı yeni həll yollarının mümkünlüyünü aydınlaşdırmağa çalışırıq”, - Mirzoyan bildirib.
Miq.Az