Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU

Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU
Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub.

Miq.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsində ümumilkidə müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulur.
Bu məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.

Dövlət büdcəsindən həmçinin, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.329 milyard manatın ayrılması nəzərdə tutulur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az