Azərbaycanın qonşusu üçün dəhşət - Ssenarisi

Azərbaycanın qonşusu üçün dəhşət - Ssenarisi

ABŞ Prezidentinin İranla imzalanmış nüvə sazişindən çıxmaqla bağlı qərarı regionda onsuz da kövrək olan stabilliyi kifayət qədər gərginləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, hadisələrin inkişafının daha real görünən ssenarisi budur ki, İrana qarşı tətbiq ediləcək iqtisadi sanksiyalar sonda İran hökumətini öz nüvə proqramını reallaşdırmağa vadar edəcək:

"Bu isə İranla ABŞ-İsrail cütlüyü arasında hərbi konfiliktə gətirib çıxaracaq. İsrail hökuməti İrana çoxdan istədiyi hərbi müdaxilə etmək imkanı qazanacaq. Heç şübhəsiz, bu konfiliktə sonradan ABŞ-ın Fransa, İngiltərə, Almaniya kimi müttəfiqləri də qoşulacaqdır".

F.Yusifovun sözlərinə görə, bu məsələdə Rusiya və Çinin mövqeyi sanksiyaların qüvvədə olduğu illərdəki kimi heç nəyi dəyişmək iqtidarında olmayacaq:

"Hadisələrin bu şəkildə inkişafı İranla qonşu olan ölkələrə yaxşı heç nə vəd etmir. Hərbi müdaxilə baş verərsə, 80 milyon əhalisi olan İrandan başlanacaq qaçqın axını nəticə etibarilə regionda yeni, daha böyük humanitar fəlakətin yaranmasına səbəb olacaqdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasından çıxıb. ABŞ Maliyyə Nazirliyi ilə 3-6 ay ərzində İrana qarşı bütün sanksiyaların bərpa ediləcəyini açıqlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az