Azərbaycanlı ailə yanğında öldü

Azərbaycanlı ailə yanğında öldü
Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb. 
 
Miq.az
xəbər veir ki, bu barədə APA-nın Rusiya bürosuna Orenburqdaki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov məlumat verib.
 
Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.
 
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az