Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı

Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıb.

Miq.az Milli.az-a istinadən xəbər verir ki, banklardan birinin Moskva filialının direktoru polisə müraciət edərək gün ərzində bankın əməliyyat sisteminda nasazlıq yarandığını, bundan sonra isə hesabda 27 milyon rubldan (775 min manat) çox məbləğdə kəsir yarandığını bildirib.
İstintaq vəsaitlərin hələlik müəyyənləşdirilməmiş şəkildə bank hesabından oğurlandığını təsbit edib, cinayət işi açılıb.
Ardından hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı Elsevər Cəfərovu saxlayıblar.
Sankt-Peterburqda yaşayan və "Tərəqqi" kinostudiyasında aktyor fəaliyyəti ilə məşğul olan 30 yaşlı şəxs günahını tam şəkildə etiraf edib.
Böyük məbləğdə oğurluğun detalları aydınlaşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az