Azərbaycanlı milyarderin qalmaqallı oteli satışı dayandırdı FOTOLAR

Azərbaycanlı milyarderin qalmaqallı oteli satışı dayandırdı FOTOLAR
Bankların iş adamının əlindən almaq istədiyi otel rezervasiya xidmətini dondurub

Adı borc qalmaqallarından düşməyən azərbaycanlı biznesmen Telman İsmayılovun (AST Telman) Antalyadakı milyardlıq oteli "Mardan Palace” satışları tamamilə dayandırdı.
İstiPress-in məlumatına görə, dünyanın ən lüks otellərindən biri olan, yeddi ulduzlu "Mardan Palace"in otaq satışaları rəsmi internet saytından aparılırdı. 
Saytda kateqoriyalar ürə axtarış aparanlar "axtardığınız kriteriyalara uyğun otaq yoxdur" yazısı ilə qarşılaşırlar. Saytda oktyabr ayına satış olmadığı qeyd edilir. Noyabrı seçəndə isə avtomatik rezervasiya tələbi rədd edilir. Artıq otelin rezervasiya xətti və elektron ünvanları da müraciətlərə cavab vermir. 
Bundan əlavə Türkiyə mətbuatının yaydığı məlumata görə, adıçəkiln otelin çox sayda işçisi maaş ala bilmədiklərini qeyd edərək Antalya iş və əmək qurumuna şikayət ediblər. Otel rəsmiləri isə fəaliyyətlərini dayandırmadıqlarını, rezervasiyanın 1 həftəlik dondurulduğunu açıqlayıblar. 
2009-cu ildə azərbaycanlı iş adamı tərəfindən inşa edilən və 1,7 milyard dollara başa gələn otel turizmin Oskar-ı sayılan "World Travel Awards 2010"da dünyanaın ən lüks oteli seçilib. İş adamının atasının şərəfinə adlandırdığı otelin açılışına Şeron Stoun, apris Hilton, Riçard Gir, Meray Kerri, Monika Belluci kimi məşhurlar gəlmişdi. 
İş adamının Türkiyədə "Xalq Bank” və "Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank "Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan "Xalq Bank” tərəfindən dəyərindən xeyli ucuz - 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb. Biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.
"Mardan Palace” otelinin baş direktoru Çətin Pəhləvan banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.
Bir neçə gün öncə Antaliyanın məşhur turizm şirkətlərindən biri "Mardan Palace" otelini borcları ilə bağlı AST Telmanın oğlunun lüks maşınını girov götürüb. Söhbət 2 milyon türk lirəsi dəyərində olan "Rolls-Royce Ghost" markalı avtomobildən gedir. Əgər o borcunu 15 gün ərzində ödəməszə maşın hərraca çıxarılmalıdır. 
"Mardan palace"
 
 
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az