Azərbaycanlı modeldən Tunay Əliyevaya sərt sözlər: "Ay bambılı, nə namus bazarı açmısan?"

Azərbaycanlı modeldən Tunay Əliyevaya sərt sözlər:
Pərvin Abıyeva və Tunay Əliyeva qalmaqalına Əfsanə Qasımova da qoşuldu.

A24.Az xəbər verir ki, bir müddət öncə aktrisa Pərvin Abıyeva Türk mətbuatına "Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər” açıqlamasını vermişdi. Bu sözlərə görə aktrisanı qınayanlar çox oldu. Pərvin Abıyevanı qınayanlar sırasında həmkarları da yer alıb.
Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva Pərvin Abıyevaya sərt sözlər deyərək onu təhqir edib.

Günü – gündən böyüyən mübahisəyə "Miss Azerbaijan” model yarışmasının qaliblərindən olan Əfsanə Qasımova da qoşulub. Model hər iki xanıma söz ataraq bunları deyib:
"Bu Tunaydı nə bilim kimdir, deyib ki, Azərbaycanlı kişilər dünyanın ən əxlaqsız kişiləridir. Bekar qalmısınız deyəsən. Çoxları azərbaycanlı kişilərinin hesabına bu gün qabağa gedib, qlamur həyat tərzi öyrəniblər. Ay bambılı, Pərvinlə dalaşırsan, kimlə dalaşırsan özün bilərsən, şəxsi işindir. Oradan oturub bura hürmə. Dünya da anladı Azərbaycan və Qafqaz kişilərinin mərdliyini. Nə namus bazarıdır? Arxasında dururam bu sözün. Bir qadın incəsənət sahəsində məşhur olursa əgər, arxasında ailəsindən dəstək yoxdursa çox şey itirir. Adını da, namusunu da, ləyaqətini də. Çünki incəsənət qurban tələb edir. Bəllidir bu, xalq bilir kim kimdir. Məncə hərə bir balaca öz keçmişinə öz pəncərəsindən baxsa daha yaxşı olar”.



Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az