Azərbaycanlı müğənni Rusiyadan deportasiya edildi

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edildi
Sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub

Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edildiyi barədə məlumat yayılıb.

Miq.az  olke.az-a istinadən xəbər verir ki, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.

Qeyd edək ki, son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.

Müğənninin meneceri Şəhriyar azxeber.com-a faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: "Damla Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına "stop" qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu "stop" aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az