Azərbaycanlı professor yıxıldı, beyninə qan sızdı — Vəziyyəti ağırdır

Azərbaycanlı professor yıxıldı, beyninə qan sızdı — Vəziyyəti ağırdır
Görkəmli professor, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib.

Professeron qızı Ayfər Nizaməddinqızı "Ölkə.Az”a bildirib ki, atası evdə əlil arabasından yıxılaraq başından çox ciddi zədə alıb. Bunun nəticəsində beyninə qan sızan professor Sumqayıt təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ağır xəsarət nəticəsində danışıq qabiliyyətini və yaddaşını itirən Şəmsizadə 3 gündən sonra  1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.
Bir müddət sonra professorun nitqi düzəlib, yaddaşı normallaşıb. Hazırda onun vəziyyəti qənaətbəxş olsa da, hələ də ağır olaraq qalır.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən Nizaməddin Şəmsizadənin keçən il sol ayağı buddan amputasiya edilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az