"Azərbaycanlılar bu ərazidədirmi?" sualına Sarkisyandan CAVAB


Bu gün Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin qarşısına çıxıb. 

Miq.Az xəbər verir  ki, Sarkisyan mətbuat işçilərinin bəzi suallarını cavabsız qoyub.  Belə  ki, jurnalistin  "Azərbaycanlılar İşxanəsərdədirmi?"  sualına  nazir müavini  cavab  verməyib.  O,  hətta sualdan yayınaraq "Mən məşğulam, tələsirəm. Növbəti dəfə bir sıra suallara cavab verəcəm", - deyərək, ərazidən uzaqlaşıb. 

Qeyd edək ki, İşxanəsər Zəngəzur rayonunun inzibati ərazisidir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az