"Azəriqaz-ın işçilərini diri-diri yandırmaq lazımdır" - Azərbaycanlı müğənni

Müğənni Əkbər Əliyev əhaliyə verilən qazın tez-tez kəsilməsindən şikayətlənib

Ötən gün Bakı şəhərinin bir sıra rayonlarında əhaliyə verilən yanacaq qazında problem yaşanıb. Bir sıra rayonlar qazsız qalıb.

İstiPress xəbər verir ki, müğənni Əkbər Əliyev bu hadisənin yaşadığı Nəsimi rayonunda mütəmadi olaraq baş verməsindən şikayətlənib. Və o, məsələnin maraqlı həlli məsələsini təqdim edib:

"Qaz İdarəsinin qazı ömürlük kəsilsin. Şəxsiyyətsizlər, hər gün qaz kəsərlər? Qiymətlər də qalxdı. Amma yenə də qazı, işığı kəsirlər! Niyə? Mən niyə evdə qazsız oturmalıyam? Niyə gözləməliyəm ki, işıq və qaz nə vaxt veriləcək? 

Bunları biabır etmək lazımdır! Kim Azərbaycan vətəndaşına əzab verirsə, onları kütləvi şəkildə Azadlıq meydanında millətin gözü qarşısında yandırmaq lazımdır. Özü də diri-diri... Belə qanun olsa, kommunal sahədə çalışanlar ağıllanar".

İstiPress-ə açıqlama verən "AzəriQaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayi ötən gün əhaliyə verilən yanacaq qazında fasilənin olduğunu yol təmiri ilə əlaqələndirib:

"Bakı şəhəri Binəqədi, Yasamal və Nəsimi rayonlarında təbii qaz təchizatında məhdudiyyət olub. Buna səbəb avtomobil yolunun genişləndirilməsi olub. Təmir getdiyindən qaz xəttləri təhlükəsiz əraziyə köçürülüb. Problem saat 18:00-da öz həllini tapıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az