Azyaşlı bacı-qardaş 1 ayın içində öldü - Azərbaycanda müəmmalı olay

Azyaşlı bacı-qardaş 1 ayın içində öldü - Azərbaycanda müəmmalı olay
Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.
 
Miq.az-ın APA
-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.
 
Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.
 
Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da müəmmalı şəkildə ölüb.
 
Hazırda ölümlərin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
 
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az