Bahalaşan benzinlə bağlı yeni qərar

Bahalaşan benzinlə bağlı yeni qərar
Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər  idxal rüsumundan azad edilib.

Miq.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər edib.

İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az