Bakı aeroportunda PROBLEM - Yüzlərlə insan...

Bakı aeroportunda PROBLEM - Yüzlərlə insan...

 Təxminən, 40 dəqiqədir ki, Heydər ƏliyevBeynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.


Sərnişlərin "Report”a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır. 

***

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb. Artıq sistemin fəaliyyəti bərpa olunub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az