Bakı meriyasından süpürgəçinin ölümü ilə bağlı AÇIQLAMA: "Üç ildir süpürgəçi işləmir"

Bakı meriyasından süpürgəçinin ölümü ilə bağlı AÇIQLAMA:
Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.

Bu barədə "Report”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: "Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.
Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Hadisəni törədən sürücü saxlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az