“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub

“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub

"Bakı Metropoliteni” QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

"Report” xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra Z.Hüseynovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az