Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib - VİDEO

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib - VİDEO

Ara məsafəsi düzgün təyin olunmalıdır

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

BNA-dan  verilən məlumata görə, "Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. "Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də "2 saniyə” qaydasıdır. Təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir”, - deyə müraciətdə vurğulanıb.

BNA-da bildirilib ki, agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində növbəti maarifləndirici videoçarx hazırlayıb.

 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az