Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşına hökm oxundu

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşına hökm oxundu

Xətai Rayon Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


"Report"un xəbərinə görə, hakim Nazim Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az