Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdi

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdi
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

Miq.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, dəyişiklik sabah tətbiq olunacaq və texniki xarakterlidir.
Belə ki, Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv edilir.

Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az