Bakıda 100-ə yaxın avtobusda pulsuz "Wi-Fi" olacaq

Bakıda 100-ə yaxın avtobusda pulsuz

"Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin 100-ə yaxın avtobusu ödənişsiz "Wi-Fi" xidməti ilə təmin olunacaq.


Miq.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qeyd olunur ki, söhbət 18, 61, 65 və 85 saylı marşrutlar üzrə hərəkət edən avtobuslardan gedir:

"Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən "Isuzu Citiport" avtobuslarında sınaq rejimində işə salınıb. Əgər tələb olarsa, biz bu xətlər üzrə xidməti genişləndirəcək, eləcə də 61 saylı marşrut avtobuslarına tətbiq edəcəyik".

Bu xidmətə qoşulmaq üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanını göstərməklə qeydiyyatdan keçmək lazımdır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az