Bakıda 17 yaşlı gənc bıçaqlanıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Miq.Az" xəbər verir ki, hadisə "Azadlıq" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 17 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Miq.Az