Bakıda ağac restoranın üstünə aşdı, dam örtüyü dağıldı - FOTO
Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.
Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.
Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.