Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü – VİDEO

Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü – VİDEO

Bakıda "28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb.


Oxu.Az-ın redaksiyasına müraciət edən zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub.

Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib.

Zərərçəkmişin sözlərinə görə, pulqabıda az məbləğ olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az