Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb

Bakıda
Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb. 


Miq.az
 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.
Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ” markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, C.Babayev "Cabir-012” adı ilə tanınır. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az