Bakıda bəylə gəlin toya buraxılmadı – Deputatdan şok addım

Bakıda bəylə gəlin toya buraxılmadı – Deputatdan şok addım
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib

Miq.az Yenicag.az-
a istinadən xəbər verir ki, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub.
Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan ibarətdir ki, deputat Rafiq Məmmədhəsənov Əsədovun toya gələcəyi saata qədər gəlinlə bəyi gəlin maşınında gözlədib.
Bildirilir ki, bu durum spikerin özünü də narahat edib.
Qeyd edək ki, bu barədə jurnalist Mahir Məmmədli öz sosial media hesabında yazıb və "Facebook”da ciddi müzakirəyə səbəb olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az