Bakıda bəzi sürüşmə əraziləri aktivləşdi

Bakıda bəzi sürüşmə əraziləri aktivləşdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.


Miq.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Bayıl və "Teleqüllə" sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi - istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.

Səbail rayonunda "Buxta küçəsi" sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonunda Əhmədli - Günəşli arası sürüşmə sahəsində isə aktivlik qeydə alınmayıb. Ancaq "Zığ-1" sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Nisbi aktivlik həmçinin Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Nübar qəsəbəsindəki sahədə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında qeydə alınıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az