Bakıda BMW məşhur otelə belə çırpıldı - Video+ Fotolar

Bakıda BMW məşhur otelə belə çırpıldı - Video+ Fotolar

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən "Ford" markalı nəqliyyat vasitəsinə dəyib. Daha sonra BMW zərbənin gücündən "Park İNN” otelinin giriş qapısına çırpılıb.

"BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMW əvvəlcə "Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. "Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib.

 edib.

 






Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az