Bakıda bu marşrutların hərəkət yolu dəyişdi

Bakıda bu marşrutların hərəkət yolu dəyişdi
Metronun "Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən əsaslı təmirə bağlanır.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) "Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edəcək.

BNA-dan  verilən məlumata görə, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

"Bakı Metropoliteni”nin açıqladığı məlumata görə, "Xətai” stansiyası 2019-cu ilin avqustun 1-dək bağlı olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az