Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub.


Bakı Nəqliyyat Agentliyindən Miq.az-a verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə "BakuBus" MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq.

7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar "İveco Crealis" və "İveco Urbanway" markalı avtobuslardır.

Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" şadlıq sarayı) - "Əhmədli" metrostansiyası istiqamətində hərəkət edəcək.

7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az