Bakıda DƏHŞƏT: 20 yaşlı qardaşını öldürdü

Bakıda DƏHŞƏT: 20 yaşlı qardaşını öldürdü

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, dünən axşam saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evindən 20 yaşlı Kərimov Ədil Xaləddin oğlunun meyiti tapılıb.

Məlum olub ki, gənc oğlan kürəyindən aldığı ağır bıçaq zərbəsindən keçinib. Belə ki, kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət 20 yaşlı Ədilin ürəyini zədələyərək onun ölümünə səbəb olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, gənc oğlanı doğma qardaşı Ağamalı Kərimov bıçaqlayıb. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin səbəbləri araşdırılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az