Bakıda DƏHŞƏT: bir ailədən 4 nəfər öldü - ADLAR (YENİLƏNDİ)
Dünən günorta saatlarında Bakı şəhər Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
Miq.Az xəbər verir ki, Mərdəkan körpüsü istiqamətində gedən yolun Qala qəsəbəsi istiqamətindən keçən hissəsində "VAZ-2105" ilə BMW-nin toqquşması nəticəsində "VAZ-2105"in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb. (APA)
Miq.Az