Bakıda DƏHŞƏT: döyüldüyü üçün infarkt olub öldü - TƏFƏRRÜAT

Bakıda DƏHŞƏT: döyüldüyü üçün infarkt olub öldü - TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Bakıda infakt keçirərək dünyasını dəyişən Aydın Novruzovun ölümündən bir müddət əvvəl döyüldüyü məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Aydın Novruzov Aydın Bakıda yaşadığı evdə infarkt keçirib.
A.Novruzovun yaxınları bildirib ki, onların məlumatına görə iki nəfər tərəfindən döyülüb.
O döyüləndən sonra infakt keçirib. Xəstəxanaya yerləşdirilib, sonra dan dünyasını dəyişib.Meyit rayona aparılıb. Sonra araşdırmalara başlanılıb və meyit ekspertizaya göndərilib. Ekspertiza meyitin üzərində döyülmə əlamətləri aşkar edib. Onun ürəyi və boynunun arxasında zərb əlamətləri olub.
Yaxınları ailənin düşmənləri olub-olmaması və A.Novruzovu döyənlərlə bağlı əlavə məlumat vermək istəmədilər. Həmin şəxsləri özlərinin lazımı cəza verəcəklərini bildirdilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az