Bakıda dəhşətli qəza – Qadının qucağında olan körpə… – VİDEO

Bakıda dəhşətli qəza – Qadının qucağında olan körpə… – VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib.

 

Minval.İnfo xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu ərazisində yerləşən parkının yanında, Vergilər Nazirliyinin inzibati binasının qarşısında baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirib və digər avtomobilə çırpılıb. Onun toqquşduğu avtomobil də səkidə dayanan yaşlı qadını vurub. Hadisə baş verən zaman qadının qucağında nəvəsi olub.

Qəza nəticəsində yaranan zərbədən uşaq qadının qucağından uçaraq yaxınlıqdakı otluğa düşüb. Hadisə şahidlərinin dediyinə görə, körpənin vəziyyəti yaxşı olsa da, qadın hərəkətsiz halda olub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az