Bakıda dövlət xəstəxanasında biabırçılıq - Əməliyyat edilən xəstə iflic oldu

Bakıda dövlət xəstəxanasında biabırçılıq - Əməliyyat edilən xəstə iflic oldu

Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub. Hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.


Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib.

Xəstənin yaxınları unikal.orq-a baş verən hadisədə həkimləri günahkar bildiklərini söyləyiblər: "Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi. Bunun üçün səhər saat 07:00-də Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından həkim çağrılsa da, nevropatoloq 3-4 saatdan sonra gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az