Bakıda güclü külək 76 AĞACI AŞIRDI

Bakıda güclü külək 76 AĞACI AŞIRDI
Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.

Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub:
"Dünəndən bu günə şəhərin müxtəlif yerlərindən, əsasən Yasamal və Nəsimi rayonlarından ağac aşması ilə bağlı müraciətlər daxil olub. Bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək gecə saat 03:00 radələrinə qədər hər bir ünvana əməkdaşlar cəlb edib, bütün fəsadlar aradan qaldırılıb. Bu saata qədər müraciətlər daxil olmuş ərazilərin 99 faizi aşan ağaclardan təmizlənib. Aşan ağaclar ətrafda olan maşınlara ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qurumuş, yaşlı ağaclardan başqa, sağlam ağaclar da var.
O.Məmmədov deyib ki, hazırda texnikaların hər biri şəhərin müxtəlif yerlərində hazır vəziyyətdədir, aşma ehtimalı olan ağaclar nəzarət altındadır: "Ancaq buna baxmayaraq, sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az