Bakıda həbsdə olan şirkət rəhbərinin bir ayağı amputasiya edilib

Bakıda həbsdə olan şirkət rəhbərinin bir ayağı amputasiya edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


"Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə Elçin Babayevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət yoxdur.

Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal” MTK şikayətini geri götürüb. Şirkətə dəymiş zərər ödənilib və barışıq əldə edilib.

Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib.

Daha sonra məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya (kəsilib) olunub.

Qeyd edək ki, E.Babayev "Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal” MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az