Bakıda keçmiş arvadını qətlə yetirən polis şikayət etdi

Bakıda keçmiş arvadını qətlə yetirən polis şikayət etdi
Keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Miq.az  APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı avqustun 31-nə təyin edilib.
 Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.
 Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.
 S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az