Bakıda kriminal avtoritetlərdən ŞOK ADDIM: iş adamından...

Bakıda kriminal avtoritetlərdən ŞOK ADDIM: iş adamından...

Bakı sakini ondan hədə-qorxu ilə pul alan şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Nadirov Əvəz Əli oğlu özlərini kriminal aləmdəki nüfuzlu şəxslərin nümayəndəsi kimi təqdim edən şəxslərin ondan külli miqdarda pul aldığını bildirib.

O, şikayət ərizəsində qeyd edib ki, bu ilin iyul, avqust və sentyabr aylarında Soltanov Vüqar Nüsrət oğlu, eləcə də Şakir, Baba, Elxan, Elvin, Azər və Hacı adlı şəxslər ona hədə-qorxu gələrək pul tələb ediblər. Kriminal avtoritetlərin etibarlı nümayəndəsi olduqlarını bildirən həmin şəxslər 3 ay ərzində Əvəz Nadirovdan 4 min dollar və 46 450 manat pul alıb.

Bildirilir ki, kriminal aləm üzvlərindən polisə şikayət edən şəxs iş adamıdır.

Müraciət əsasında araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az