Bakıda maskalı şəxslər evə basqın etdi

Bakıda maskalı şəxslər evə basqın etdi

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib.

DİN-dən  verilən məlumata görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən N. Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az