Bakıda məhkəmədə dava: Nəzarətçilər araya girdi

Bakıda məhkəmədə dava: Nəzarətçilər araya girdi

Bakı Ağır Cinayətlər Məhkəməsində idmançının ölümünə səbəb olmaqda təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramilin məhkəməsi başlayıb.


"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhumun qohumları yerdən replika ataraq "adam öldürüblər, hələ özlərinə vəkil də tutublar” deyərək etiraz ediblər.

Saytın iddiasına görə, İsmayılovların vəkili İkram Abdullayevi isə onları təhqir edib və buna görə zalda mübahisə böyüyüb. Vəkilin üstünə hücum etmək istəyən şəxslərin qarşısını nəzarətçilər alıb. Məhkəmə iştirakçıları zaldan çıxarılıb, proses təxirə salınıb.

Məhkəmə noyabrın 27-də davam etdiriləcək.

İttihama görə, Sumqayıt şəhəri 21-ci məhəllədə söyüşə görə qonşular arasında baş verən kütləvi davada 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Əhəd və Ramil İsmayılovlar saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.

Onu da qeyd edək ki, mərhum Rasif Həbibov idmançı olub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az