Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az