Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb

Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb
Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az