Bakıda məşhur biznesmen qəza törətdi: ölən var - Foto

Bakıda məşhur biznesmen qəza törətdi: ölən var - Foto

Ötən gün saat 22 radələrində Xətai rayonunun Zığ yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Müşfiq Əliyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan  verilən məlumata görə, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi "Mersedes-Benz GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Publika.az-ın mlumatına görə, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. "Laçın" Ticarət Mərkəzinin sahibi olan və "Laçınlı Məsud" kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. O, MVF, Laçın Ticarət Mərkəzi və Sunay Ticarət Mərkəzi MMC-lərinə nəzarət edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az