Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO

Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO
Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Miq.az  xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.
Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan çıxarılıb.
Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az