Bakıda müştəri kafenin işçisini öldürdü – Təfərrüat

Bakıda müştəri kafenin işçisini öldürdü – Təfərrüat
Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisindəki kafelərin birində qeydə alınıb.
Bakı şəhər sakini İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib.
Səbuhi Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.
25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İlham Soltanəliyev saxlanılıb.
İstintaq orqanı tərəfindən İlham Soltanəliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda istintaq aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az