Bakıda polisdən əməliyyat: külli miqdarda narkotik daşıyan maşın saxlanıldı

Bakıda polisdən əməliyyat: külli miqdarda narkotik daşıyan maşın saxlanıldı
Bakıda külli miqdarda nartotika daşıyan şəxs yaxalanıb.

Miq.az Trend-ə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında rayon polis idarəsinin əməkdaşları Xətair rayonu, Şirvani küçəsi, 1 b saylı binanın qarşısında əməliyyat keçirib.
Keçirilən əməliyyat zamanı 1994-cü il təvəllüdlü Cabbarzadə Famil Habil oğlu saxlanılıb. Onun üzərindən 5,01 qram narkotik maddə olan tiryək, 6,528 qram isə heroin aşkar edilib.
Əməliyyat zamanı saxlanılan şəxsin idarə etdiyi 99 FD 150 dövlət nişanlı "Ford Transit" markalı avtomobilə baxış keçirilərkən isə 8 kiloqram 500 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az