Bakıda qadına qarşı ZORAKILIQ: Telefonu əlindən alındı

Bakıda qadına qarşı ZORAKILIQ: Telefonu əlindən alındı

Bakıda qadına qarşı soyğunçuluq edilib. 

Miq.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu alıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az